Ərəb turistlər otellərimizin 95%-ni doldurub

“Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çox olub”.

Bunu 27 sentyabr – Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, dövlət başçısı tərəfindən bu günün təsis edilməsi turizm sahəsinə göstərdiyi qayğıdır: “Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlatına üzvdür. Ölkəmiz turizmin inkişafı yolunda qətiyyətli addımlar atır. Hazırda bu sahədə böyük inkişaf var. Bu sahə artıq dövlətin prioritet inkişaf sahəsinə çevrilib. Bütün dövlət orqanlarının turizm sahəsinin inkişaf etdirilməsi üçün vahid konsepsiya çərçivəsində fəaliyyət göstərməsi müsbət nəticə verir. Turizmin inkişafı ilə bağlı artıq bir sıra layihələr Komissiyanın iclasında müzakirə olunub, hazırlanıb Milli Məclisə təqdim olunacaq. Eyni zamanda, yeni strategiya hazırlanır. Bu strateqiyanın artıq bəzi bəndlərini nazirlik həyata keçirməyə başlayıb. Viza rejimin sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım oldu. Otellərin 95 faizi dolub. Bəzi ölkələrlə viza rejimi demək olar ki, tamamilə ləğv edildi. Elə ölkələr var ki, onlardan gələn turistlərin sayı 20% artıb. Rusiya, Qazaxıstan və İrandan gələn turistlərin də sayında artım var. Rusiyada nümayəndəliyimizin açılması artıma müsbət təsir göstərib”.

Nazir qeyd edib ki, Azərbaycana gələn turistlərin xərclədiyi vəsaitlər hesabına ölkənin büdcəsinə böyük məbləğdə vəsait daxil olur: “Qeyri-neft sektorunun inkişafında turizm sektorunun rolu böyükdür. Bundan başqa, “Tax Free” sisteminin tətbiqi edilməsi də turistlərin cəlbində böyük rol oynayır”.

Bakunews.net

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol