Mədə qıcqırması ölümcül xərçəngə çevrilə bilər

Çoxunun reflüks kimi tanıdığı adi mədə qıcqırması dünyada 60 milyon insanı ən azı ayda bir dəfə narahat edir.

Reflüks mədədən qida borusuna ‪‎turş tərkibli mədə möhtəviyyatının atılmasıdır. Lakin reflüks vaxtında lazımi tədavi almadıqda daha ciddi xəstəliklərə yol aça bilər.

Mədəniz sizi həftə ərzində iki dəfədən artıq narahat edirsə, həkiminizə baş çəkin. Bu 7 simptomu özünüzdə görürsünüzsə, onları diqqətdən kənarda saxlamayın.

Qıcqırma

“Əgər orqanizmin mədə borusunda az da olsa hər hansı bir turşu qıcıqlanması varsa, bu mədə iltihabına gətirib çıxara bilər”, deyə Aniş Şet, Yel Tibb Universitetinin mədə-bağırsaq xəstəlikləri üzrə professoru, bildirir. Qıcıqlanma uzun müddət davam edərsə, bu, qida borusunun daralmasına gətirib çıxara bilər və nəticədə yeməyi udmaqda çətinlik yaranar.

Boğaz və səs problemləri

Bir çoxları bunu anlamasa da, xəstəliyin əsas simptomu mədə qıcqırtısıdır. Ancaq hər simptom bu qədər asan müəyyən edilmir.

“Biz bu simptomları “səssiz reflüks” adlandırırıq”, professor Şet bildirir. “Xəstə “klassik” mədə qıcqırtısı ilə qarşılaşmaya da bilər, çunki bu cür hallarda xəstəlik mədə və qida borusu xaricində ozünü biruzə verir və səs xırıltıları, səs dəyişiklikləri, boğaz ağrısı, xroniki öskürəklə müşahidə olunur”.

Nəfəsalma problemləri

Mədədən qayıdan turşu nəfəs borularına çəkilərsə, bu, astma və ya pnevmoniya kimi xəstəliklərə gətirib çıxara bilər. Bu simptomlar çox vaxt ağciyər xəstəlikləri ilə bağlı olsa da, qastroezofagil reflüks də təngnəfəslik və nəfəsalmada çətinliklər yarada bilər.

Dişlərin düşməsi

Mədə turşusu və həzm prosesində iştirak edən şirə ağıza geri gələndə, ağızda turş dad ilə hiss olunur. Bu hal tez-tez baş verdikdə, dişlərin minasını aparır və çürüməyə gətirib çıxarır.

Reflüksdan əziyyət çəkən xəstələr çox hallarda bu prosesdən gec xəbər tuturlar. Belə ki, Alabama Universitetində aparılan tədqiqatlar göstərib ki, reflüksu olan insanların 40%-də diş çürümələri müşahidə olunub.

Ezofagil, və ya mədə borusu xoraları

Mədə turşusu boru divarlarını zəiflədərək, xoraya gətirib çıxara bilər. Xoradan əziyyət çəkən xəstələrdə qan qusmalar da müşahidə olunur. Müayinə və diagnostika endoskopiya yolu həyata keçirilir, və bu prosedurun nəticələri əsasında mədə turşusunu azaldan dərmanlarla müalicə təyin olunur.

Barret ezofaqusu və ya qida borusu xəstəliyi

İllər boyu müalicə olunmayan reflüks hüceyrələrdə xərçəngəmeylli dəyişikliklər – Barret ezofaqusu – yarada bilər. Belə durum çox hallarda tamamilə simptompsuz keçdiyinə gorə, endoskopik müdaxilə nəticəsində aşkar oluna bilər.

Bəzi xəstələrdə Barret ezofaqusu ölümlə nəticələnə bilən ezofagil xərçəngə çevrilir. “Əgər həftə ərzində döş qəfəsində yanma, ağrı, ürəkbulanma kimi simptomları iki dəfədən artıq yaşayırsınızsa və ya orqanizminizdə daha öncə baş verməmiş və getdikcə pisləşən simptomlar varsa, mütləq həkimə baş çəkməlisiniz”, deyə professor Şet məsləhət görür.

Mədə borusu xərçəngi

Müalicə olunmayan reflüks və ya Barret ezofaqusu mədə borusu xərcənginə gətirib çıxara bilər. Ən başlıca risk faktorları arasında isə siqaret çəkmək, spirtli içkilərdən istifadə, pis qidalanma və xroniki reflüks göstərilib.

Simptomlara eləcə də çəki itirmək, udqunmada problemlər və mədə-bağırsaq qanaxmaları da daxildir. Alimin sözlərinə görə, reflüks zədələnməsi ilə bağlı bir neçə il ərzində problemlər yaşanan 30 yaşlı şəxslərdə xərçəng xəstəliyinin aşkar edilməsi ehtimalı nisbətn azdır: “Yox, həmin xəstənin yaşı 50-dən yuxarıdırsa, illər boyu mədə qıcqırtısından əziyyət çəkir və qəflətən çəki itirirsə, dərhal müayinədən keçməyə ehtiyac var”.

Bakunews.net

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol