Azərbaycanlı model soyundu və bu mesajı verdi: “Atam olsaydı, bəlkə belə olmazdı” – FOTO

Gənc model Adel Nağı Bakı kəndlərindən birində kamera qarşısına keçərək fotosessiyaya çəkilib.

“LuxLife” bildirir ki, modellik sahəsinə yeni qədəm qoyan 21 yaşlı Adel bu sənətə dostlarının təkidi ilə başlayıb:

“Boyum uzun olduğu üçün uşaqlıqdan mənə deyirdilər ki, model ol. 4 yaşımda valideynlərimi itirəndən sonra üç qardaşımla uşaq evində yaşadıq. Orada bizə çox yaxşı baxırdılar, valideyn boşluğunu hiss etmirdim. İndi isə atamın yanımda olmasını istəyirəm. Atam olsaydı, bəlkə, fərqli həyatım olardı, indi Yevlaxda yaşayardıq, bəlkə də evlənmişdim, uşaqlarım vardı. Modellikdən də uzaq idim. Uşaq evində də bizə baxan xanım məni “maneken qızım” deyə çağırırdı.

Dostlarım da bildirirdilər ki, uzun boyun var, gözəl olmasan da, üz quruluşun fərqlidir. Amma bu sahədə uğur qazanacağıma inanmırdım. Daha sonra agentliyə müraciət etdim və modelliyə başladım. Mən bu məsləkdə pul güdmürəm, əsas işimi həvəslə görməyimdir. Brendlərin reklamlarında çəkilirəm, uğur qazanmağa başlamışam. Ən böyük arzularımdan biri Çinə gedib modellik təhsil almaqdır”.

LuxLife.Az

{gallery}model_azeri{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol