Peşəkar modellər dəbdən düşür?

“Vogue” jurnalının Britaniya versiyası noyabr nömrəsini peşəkar modellərin iştirakı olmadan buraxacaq.

Bu il nüfuzlu dəb jurnalı 100 illik yubileyini qeyd edir. Bu münasibətlər noyabr buraxılışında nəşrin səhifələrində rəhbər vəzifələri tutan müxtəlif yaşlı qadınlar olacaq. Onların arasında memarlıq tarixçisi Şumi Bouz, Brit xeyriyyə təşkilatının direkttoru Fernandez Şmidt, “Holle Love Studio”nun art-direktoru Ceyn Hatçinson və Vinaya texnoloji şirkətinin icraçı direktoru Keyt Ansvors var. Üz qabığının qəhrəmanı isə aktrisa Emili Blantdır.

Jurnalın redaktoru Aleksandra Şulman bu addımı onunla izah edib ki, nəşrin moda barədə səhifələrində nadir hallarda rəhbər-qadınlar görünürlər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol