“Windows 10” uğurlu olmadı

“Net Marketshare” şirkəti tədqiqatlarının nəticələrini dərc edib.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, məlum olub ki, “Windows 10” əməliyyat sisteminin populyarlığı azalıb.

Əməliyyat sisteminin populyarlığı cəmi bir aya azalıb. Belə ki, avqust ayında “Windows 10”-a istifadəçilərin 50 faizi etibar edirdisə, oktyabra qədər əməliyyat sisteminə 48 faizdən bir az çox istifadəçi etibar etməyə başlayıb. Bu, olduqca yüksək göstəricilərdir. Bir faktı nəzərə almaq lazımdır ki, təhlili cəmi 30 gün ərzində keçiriblər.

“Windows 7” əməliyyat sisteminə gəldikdə, onun populyarlığı 1 faizdən bir qədər artıq artıb. “Windows XP” və “Windows 8.1” də həmçinin öz istifadəçi payını müvafiq olaraq 0,25 faiz və 0,10 faiz itiriblər.

Bundan başqa, “Net Marketshare” brauzerlərin də təhlilinin nəticələrini təqdim edibr. Bu sahədə istifadəçilər arasında dəyişilməz lider “Chrome” olaraq qalır. İlk üçlüyə “Internet Explorer” və “Firefox” daxildir. “Opera” brauzeri isə ümumi payın 1,36 faizi ilə beşinci yerdə qərarlaşıb.

Son bir ay ərzində “Chrome” populyarlığını 0,5 faizdən artıq artırıb. Sentyabr ayı ərzində “İnternet Explorer” və “Microsoft Edge” brauzerləri isə bir az “arıqlayıblar”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol