Bu yayın ən hit mahnısının müəllifi Bakıya gəlir – VİDEO

“EGO” mahısı ilə 2016-cı ilə damğasını vuran fransalı sənətçi Willy William Bakıda konsert proqramında iştirak edəcək.

Prodüser Samir Xəttab “LuxLife”-a bildirib ki, konsert 22 Oktyabr tarixində “Elektra Events Hall” da baş tutacaq. Həmçinin gecənin qonağı paytaxtın bir neçə dəfə qonağı olmuş Hollandiyalı “İn my bedroom” mahnısı ilə məhşur DJ Ralvero olacaq.

Konsertin xüsusi qonaqlarından biri də Hollandiyalı MC Tricky Gullivan olacaq.

Onu da qeyd edək ki, gecədə yerli sənətçi DJ Roshka avropalı sənətçilərlə birgə səhnə alacaq.

Biletlər şəhərin mərkəzi kassalarında satılır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol