DİQQƏT: Bakıda yeni dələduz peyda olub

Bakıda yeni dələduzluq üsulu ortaya çıxıb.

“LuxLife” xəbər verir ki, baku.ws-in redaksiyasına daxil olan məlumata görə, internetdə əldə satılan malları oğurlamaqla məşğul olan oğrular peyda olub. İnsanları çox professional yollarla aldadaraq mallarını oğurlayan dəstə indiyə kimi onlarla insana zərər vurub.

Şikayətçilərin redaksiyamıza müraciətində qeyd edilir ki, insanları aldanan oğrular bir neçə üsuldan istifadə edir: “Zəng edirlər ki, həyat yoldaşıma yaxud bacıma hədiyyə almaq istəyirəm, telefonu yaxud notbuku filan məhəlləyə gətir. Sonra deyir ver aparım bacım, yaxud həyat yoldaşım baxsın. Rəngi ya görünüşünü bəyənərlərsə alıram. Malı aldıqdan sonra həmin obyektin arxa qapısından, əgər binadırsa arxa girişdən və ya damdan digər binanın girişinə keçərək qaçırlar. Hətta 1-ci mərtəbədə ev kiraləyərək evə daxil olub pəncərəsindən qaçırlar”.

Zərər çəkmişlər polisə müraciət ediblər.

Fotoda görünən həmin dələduzlardan biri Ozal Orduxanlıdır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol