“Xəyanət kişinin tələbatıdır, buna görə ailəmi dağıtmaram” – Lalə Məmmədova + VİDEO

Əməkdar artist Lalə Məmmədova ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olub və maraqlı açıqlamalar verib.

Müğənni ulduz həyatına öyrəşməkdə çətinlik çəkdiyini bildirib: “Mən ulduz deyiləm. Ulduz kimi görə bilmirəm özümü. Sevdiyim işlə məşğulam sadəcə. Ulduz həyatı mənlik deyil”.

“Qadın xəyanəti bağışlamalıdırmı?” sualına ifaçı belə cavab verib: “Qadın elə məxluqdur ki, sona kimi ümidli olur. “Bəlkə, düzəlib, daha etməz” deyərək. Çoxları düşünür ki, mənim ailəm xəyanətə görə dağılıb. Yox, bizdə daha ciddi səbəblər var idi. Bir qadın olaraq heç vaxt xəyanətə görə ailəmi dağıtmazdım. Hər bir kişi xəyanətə meyllidir. Bu, bir instinktdir. Bizdə necə ki, analıq instinkti var, onlarda da o var. Qadınlar müdrikdir. Mən xəyanəti hiss etsəm də, üzə vurmamağa çalışmışam. Bir qəlbdə iki insan yerləşə bilməz, kişi yalnız birini sevər. Xəyanət isə başqa bir şeydir. Təbii tələbatdır”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol