Elza Seyidcahan yenə təəccübləndirdi – FOTO

Əməkdar artist Elza Seyidcahan “Mən küləyin gəliniyəm” adlı konsert verib.

Konsertin aparıcılığını Seyran Babayev edib. Gecədə səhnəyə ilk olaraq əməkdar artist Hüsniyyə Mürvətova çıxaraq “Mən küləyin gəliniyəm” adlı şeiri səsləndirib. Sonra səhnəyə çıxan E.Seyidcahan geyimi ilə diqqət çəkib. O, başına iki fərqli papaq qoyub.

E.Seyidcahan tədbirin multikulturalizmə həsr olunduğunu bildirib:

“3 gün mahnı oxusam, repertuarım bitməz. Bütün janrlarda bəstələrim var. Sadəcə səhnədə tələbələrimi görmək istəyirdim deyə, az oxudum. Gecədə azyaşlı modellər maraqlı geyimlər nümayiş etdirib. Onların hamısı balaca Elza idi. Bu il multikulturalizm ili elan olunub. Biz də təbiətdə var olan gözəlliklərdən ilham alaraq yaradıcılıq işləri görürük”.

E.Seyidcahan canlı güllərdən hazırlanan papağından da danışıb:

“Xüsusi bir paltar hazırlanmışdı. Xarab olmasın deyə, onu soyuducuda saxladılar. Amma soyuducu xarab olduğu üçün libasım zay oldu. Lakin saçıma taxacağım gül çələngi qaldı”.

Gecədə rəssam Ömər Eldarov, xalq artisti Məleykə Əsədova, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Elton Hüseynəliyev, stilist Samir Əliyev iştirak edib.

LuxLife.Az

{gallery}elz{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol