Üzdə mimik qırışları aradan qaldıran unikal vasitə

Əksər insanlarda mimik qırışlar çox erkən – 30 yaşlarında özünü biruzə verməyə başlayır. İllər keçdikcə onlar çoxalaraq daha da dərinləşir.

Mimiki qırışların aradan qaldırılması üçün çox vaxt plastik müdaxilə və neyrotoksinlərin istifadəsinə əsaslanan inyeksiyalı terapiyaya müraciət olunur. Lakin bunun üçün artıq daha sadə üsul mövcuddur. Biologique Recherche fransız laboratoriyasından bu ilin hiti olan Creme Contour Yeux et Levres Biofixine kremi göz və ağız ətrafı qırışlara qarşı mübarizə aparan vasitədir. O, antioksidant tərkibə malikdir, dərini qoruyaraq qocalma prosesinin qarşısını alır.

Biofixine krem-konturu dəriyə həyat gücünü qaytarır, şəkər, hialuron turşusu və Şi ağacı yağı kompleksi sayəsində dərinin nəmliyini bərpa edir. Krem göz və ağız ətrafı qırışları hamarlaşdıraraq dərini dartır. Creme Contour Yeux et Levres Biofixine vasitəsini təmizlənmiş dəriyə çəkərək hopması üçün masaj etmək məsləhətdir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol