Bakıda evlərin qiyməti 15-20 min manat düşüb

“Kirayə bazarında da zəiflikdir”.

Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da daşınmaz əmlak, eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib.

Bakıda yerləşən və üzərinə “Ev alqı-satqısı” yazılan obyektlərdə çalışan şəxslər bildirir ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.

Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən və “Maklerlər bağı” kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlinsə də alıcı yoxdur.

Rəhman adlı makler musavat.com-a bildirib ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enib: 

“Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl birotaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Elə çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Bakıda harada ev kirayə verilir və ya satılırsa, məlumatım olur. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb.

Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb. İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr… O da ki, təklif çox, tələb yox… Ona görə də qiymətlər enir”. /mənbə: musavat.com/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol