Bakının ən dəbli hamilə geyim mağazasının açılışı oldu – FOTOLAR

Bakıda artıq hamilə xanımların zövqlə geyinməs çətin olmayacaq. Çünki bu gün Bakıda “MOTHER WEAR” – ZÖVQLÜ HAMİLƏLİK geyimləri mağazasının açılışı olub.

Bu mağazada hamilə geyimləri üzrə Türkiyənin ixtisaslaşmış istehsalçılarının malları satılacaq. Mağazaya daxil olan xanımlar Türkiyədə məşhur olan “Livaa”, “Gebbe”, “Entarim”, “Even” və “Elija” kimi brendlərin geyimlərini əldə edə biləcəklər.

Türkiyə brendi olan “Livaa” yalnız hamilə xanım geyimləri üzrə ixtisaslaşıb. Bu fabrikdə hamilə xanımlar üçün hər növ üst geyimləri istehsal olunur. Dünyanın 60 ölkəsində “Livaa”nın malları uğurla satılır və istehlakçıların rəğbətini qazanıb. Azərbaycanda isə “Livaa” brendinin məhsullarını yalnız “MOTHER WEAR” – ZÖVQLÜ HAMİLƏLİK geyimləri mağazasından almaq mümkün olacaq. Şirkətin hamilə xanımlar üçün olan şalvarları “Gebbe” markası ilə satışa çıxarılır.

Mağazada satılan digər brend isə hamilə qadınlar üçün iç geyimi istehsalçısı olan “Elija” firmasının mallarıdır. Artıq uzun illərdir ki, bu şirkət hamilə iç geyimləri sahəsində zəngin təcrübə əldə edib. Avropada ən çox satılan hamilə iç geyimləri məhz “Elija”nın fabrikindən çıxan mallardır.

“Even” və “Entarim” brendləri hamilə xanımlar üçün üst geyimləri, ziyafət paltarları və digər paltarlar üzrə ixtisaslaşıb. Hər iki brendin məhsulları dünyanın müxtəlif ölkələrində uğurla satılır.

“MOTHER WEAR” – ZÖVQLÜ HAMİLƏLİK mağazasının meneceri Aygün Əliyeva bildirib ki, hamiləlik dövründə olan xanımların bədənləri elə bətinlərində gəzdirdikləri körpənin bədəni qədər həssas olur. Keyfiyyətsiz parçadan tikilmiş geyim hamilə xanımların sağlamlığına mənfi təsir göstərə bilər. Elə məhz bu səbəbdən də bu mağazaya ən yüksək keyfiyyət standartlarına cavab verən məhsullar gətirlib:

“Mağazanın açılmasında başlıca məqsəd hamilə xanımlarımızın zövqlə geyinməsini təmin etməkdir. Bu zövqlü geyimlər, eyni zamanda insan orqanizmi ilə də dost olmalıdır. Məhz bu səbəbdən biz Türkiyənin ən gözəl və ən keyfiyyətli hamilə paltarlarını Bakıya gətirdik”

Qeyd edək ki, “MOTHER WEAR” – ZÖVQLÜ HAMİLƏLİK geyimləri mağazası “Memar Əcəmi” metro stansiyasının yaxınlığında,  Hüseynbala Əliyev 186B ünvanında yerləşir. Mağazanın məhsullarını İnternet vasitəsi ilə də sifariş etmək mümkündür.

“MOTHER WEAR” mağazasının İnternetdəki ünvanları aşağıdakı kimidir:

www.motherwear.az

Facebook.com/motherwear.az

Instagram.com/motherwear

 

{gallery}motherwear{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol