Aygün də Röyanın yolunu getdi

Xalq artisti Aygün Kazımova da jurnalistlərə hörmətsizlik edib.

Hadisə bu gün Lider TV-nin 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi tədbirdə baş verib.

Belə ki, tədbiri işıqlandırmağa gələn media təmsilçiləri Xalq artistinin qəzəbinə tuş gəliblər. Səhnəyə çıxmağa hazırlaşan Aygün çəkiliş üçün jurnalistlərə qadağa qoyub. O, qələm əhlini sözügedən məkandan çıxardaraq onları görmək istəmədiyini bildirib.

Media təmsilçiləri isə özünü “şou-biznesin divası” adlandıran müğənniyə etiraz edərək məclisi tərk ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Röya Ayxan da jurnalistləri qarşı bənzər münasibəti sərgiləmişdi. Maraqlıdır ki, Röya ilə düşmən olan Aygün mətbuat üzvlərinə qarşı həmkarının seçdiyi yolu davam etdirir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol