Dünyanın ən zövqlü xanımları – FOTOLAR

“Harpers Bazaar” jurnalının bu il 150 yaşı tamam olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu münasibətlə jurnalın əməkdaşları dünyanın (jurnal əvvəllər belə siyahılar təşkil etmirdi) 150 ən yaxşı geyinən qadınlarının siyahısını tərtib edib.

Reytinqə əsasən ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama, müğənni Beyons, Ledi Qaqa, Adel, model Naomi Kempbell, müğənni Qven Stefani, Teylor Svift, Miranda Kerr, Sindi Krouford və onun qızı Kaya Herber, habelə, Kembric hersoginyası Keyt Middlton, hüquqşünas Amal Kluni siyahının ilk yerlərində qərarlaşıb.

Siyahı jurnalın müxtəlif ölkələrdə yerləşən 32 redaksiyaların apardığı sorğuya əsasən tərtib edilib. Amerika nəşrinin baş redaktoru Qlenda Beyli “Harpers Bazaar” jurnalının seçimini belə şərh edib: “Bu qadınlar öz üslubu ilə bütün dünyada tanınır və sevilir. Bununla belə onlar hamısı tamamilə fərqlidir”

Jurnalın təzə nömrəsinin üz qabığını isə məşhur müğənni Madonna bəzəyib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol