Azərbaycanlı şair vəfat etdi

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində dərc etdirib.

Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998). Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib (1998-ci il-dən). Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin!

LuxLife.Az

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində dərc etdirib. Əmək fəaliyyətinə Lənkəranda “Leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990). Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998). Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib (1998-ci il-dən). Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub. Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. Allah rəhmət eləsin!

Ətraflı: http://www.primetime.az/news,14699,d22390c7/page,1/lang,az/
Hər hansı bir materialı istifadə etdikdə bu hiperlinkə istinad edin PrimeTime.az
Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol