Azərbaycanlı səfir milyarderin toy məclisində – VİDEO

Rusiyalı milyarder, “Domodedovo” hava limanının sahiblərindən biri Valeri Koqan nəvəsi, 19 yaşlı İrina Koqan və nişanlısı, ingilis əsilli yəhudi Daniel Kenvey üçün Böyük Britaniyada “The Landmark London” hotelində toy mərasimi təşkil edib.

“LuxLife”-ın “Life.ru”ya istinadən məlumatına görə, mərasimdə rus və dünya ulduzları iştirak ediblər.

9 saat davam edən toyda dünya ulduzlarından Elton Con, Meray Keri, Antonio Banderas, Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazov və xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Qeyd edək ki, Valeri Koqan iki il əvvəl “Forbes” jurnalının tərtib etdiyi dünya üzrə 200 milyarder arasında 41-ci yerdə idi. O, 2,5 milyard dollar sərvətə sahibdir.

LuxLife.Az

{youtube}P4POTED8LRc{/youtube}

{youtube}2O4fnzwzFPw{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol