Bakıda “Audi” külə döndü – VİDEO

Noyabrın 7-i axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.

“LuxLife”-ın məlumatına görə, “Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

İlkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.

Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunublar. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil. /mənbə: musavat.com/

LuxLife.Az

{youtube}grd0OkrXEeQ{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol