“Beko Rəşad”-a yeni vəzifə verildi

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və “Beko Rəşad” kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.

Bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol