Özünü öldürən psixoloqun son məktubu tapıldı

Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb.

Ailə üzvlərinin Lent.az-a verdiyi məlumata görə, psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb.

Belə ki, oğlu davamlı telefon zənglərinə cavab vermədiyindən qonşuluqda yaşayan anası onun evinə gəlib. O, digər ailə üzvlərinin köməyi ilə qapını qıraraq evə girib və oğlunun cəsədini aşkarlayıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

D. Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol