“Samsung” şirkəti “Note 8” buraxacaq

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “Note 7” ilə bağlı qalmaqala baxmayaraq, bu seriyanı davam etdirəcəyini təsdiqləyib.

“LuxLife”-ın CNET-ə istinadən verdiyi xəbərə görə, bunu “Samsuing”un mobil bölməsinin rəhbəri Donq Jin Kox deyib. O bildirib ki, şirkət “Note” seriyası üzrə smartfon istehsalını davam etdirməyə hazırdır: “Biz daha keyfiyyətli, təhlükəsiz və texnoloji üstünlüklərə malik “Note 8” hazırlayacağıq”.

D. J. Kox ümid edir ki, yeni model alıcıların brendə etimadının bərpasına şərait yaradacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol