Ekspertdən Ziyafət Əsgərova cavab: “Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz”

“Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz”.

“LuxLife” xəbər verir ki bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun “dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi” fikrinə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır: “Çünki, gerçək vəziyyəti təhrif etmək böhrana qarşı mübarizənin effektini aşağı salır. Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. Azərbaycan MDB məkaınında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb”.

Qubad İbadoğlu statiskaya da toxunaraq bildirib ki, ötən ilin ilkin məlumatlara görə dünyada qlobal artım isə orta hesabla 3,2 faiz, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla 4,1 faiz olub: “Siz necə böhranın bitdiyini hiss edirsinizmi?

Xatırladaq ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan, demək olar ki yan keçdi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol