Qarın piylərinizi əritmək üçün bunları bilməlisiniz

Qarın yağlarından xilas olmaq və təsirli nəticələr almaq istəyirsinizsə, yediyiniz qidalara diqqət etməlisiniz.

Publika.az-ın sağlamlıq bölməsi qarın piylərinin ərinməsi ilə bağlı bilmədiyiniz faktları təqdim edir:

Unutmayın ki, orqanizmin tərəvəz və meyvələrdən qəbul etdiyi şəkərdən daha çoxuna ehtiyacı yoxdur. Buna görə də, keks, tort, meyvə suyu kimi qidalar bədəni artıq kalori ilə yükləyir. Şəkəri həyatınızdan çıxardığınız andan etibarən qarın yağlarının yavaş-yavaş əridiyini müşahidə edəcəksiniz.
Qəbul etdiyiniz karbohidrat miqdarına nəzarət etdikdə də xoşagəlməz qarın piyləri sizi narahat etməyəcək. Yağı azaltmaq əvəzinə, karbohidrat miqdarına diqqət etməklə daha çox çəki itirə bilərsiniz.

Hər gün lifli qida yemək qarın bölgəsində meydana gələn yağların sürətli bir şəkildə ərinməsinə yardım edir. Toxluq hissini artıran lifli qidalar iştahanı azaldır.

Qazlı içkilərin qarın nahiyəsində piylənməyə səbəb olduğunu hər kəs bilir. Nəzərinizə çatdıraq ki, idmançılar üçün satılan məhsullar da yüksək nisbətdə şəkər ehtiva edir.

Nəhayət, həftədə 3 dəfə 30 dəqiqəlik idman və ya templi yürümək qarın nahiyəsində yağ əmələ gəlməsinin qarşısını alır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol