Məleykə Əsədovanın villasında – “Anam bu evdə iki ay yaşadı” – FOTO

Xalq artisti Məleykə Əsədova illər öncəki çətinliyindən danışıb.

Atasını erkən itirən xalq artisti pul qazanmaq üçün gündüzləri təhsil alıb, axşam isə toylara getmək məcburiyyətində idi.

“LuxLife” xəbər verir ki, bu barədə aktrisa “Xəzər” televiziyasına danışıb. Verilişin yaradıcı heyəti xalq artistinin evində qonaq olub. Qızı Gülərlə birlikdə kamera önünə keçən Məleykə xanım aparıcı ilə səmimi söhbət edib:

“Atamı tez itirdim. Gündüz təhsil alırdım, axşam pul qazanmaq üçün toylara gedirdim. Sənətə əziyyətimlə, pillə-pillə ucaldım. Bir çox mükafatlara layiq görüldüm”.

“Aktrisa ikinci dəfə ailə həyatı qurarsız?” – sualına “yox” cavabı verib:

“Qızım mənim sevgimdir. İstəyirəm Gülər aktrisa olsun. Mənim oynadığım rolları yenidən qızım oynasın”.

Sonda xalq artisti yaşadığı evi anası üçün tikdirdiyini, lakin anasına həmin evdə iki ay yaşamaq nəsib olduğunu və dünyasını dəyişdiyini bildirib. 

LuxLife.Az

{gallery}meleyke_esedova{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol