ATV-nin qalmaqallı verilişi Bakıda məktəb direktorunun ölümünə səbəb oldu – ŞOK

“Yoxlama” verlişinin çəkdiyi məktəbin direktorunun təzyiqi qəfildən yüksəlib.

ATV telekanalında yayımlanan “Yoxlama” verilişi 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olub.

“Yoxlama” verilişinin aparıcı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb. Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.

Məktəbdən istiPress-ə verilən məlumata görə, direktorun vəziyyəti ötən gün qəfildən pisləşib və onun təzyiqi qalxıb. T.Qardaşovu xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.

LuxLife.Az

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol