Azərbaycanlı fotoqrafdan qalmaqallı layihə – FOTOLAR

Bu layihə haqda çoxdan düşünürdüm, amma necə formalaşdırmağında çətinlik çəkirdim.

İlk olaraq şəkilləri dahada şən etmək istəyirdim. Lakin bir vaxtdan sonra fikrimi təmamilə dəyişdim və bu addımı dahada qəddarcasına atmağa qərar verdim.

Bu layihəni reallaşdırdıqda lazımı aksesuarları tapmaq o qədərdə asan olmadı. Amma bu layihədə iştirak edəcək modeli tapmaq düşündüyümdən də çətin oldu. Mən ideyamla sağollaşmaq qərarını verdiyim bir anda mənim axtarışlarıma bir xanım səs verdi və üstəlik hamilə bir xanım… Mən xanıma – niyə məhz siz hamilə halınızla? – sualını verdikdə cavabı belə oldu – Mən hamiləyəm və ana olacağıma çox sevinirəm. Bu sevinc hissini hər bir xanımın yaşamasını istəyirəm!

Bu şəkillər böyük rezonans yaratdı və mən bunu gözləyirdim. Bəzi həqiqəti görmək istəməyən insanlar, bu şəkillərə baxdıqda yalnız üzdə olan çirkabı görürlər, lakin əsl çirkab şəkillərdə deyil, edilən əməllərdədir. Edilən əməllərə nəzər yetirsək, onlar şəkillərdən daha da qorxuncdur. İnsanlar günahsız olan öz parçaların öz əlləri ilə öldürür.

Biz hər gün sosial şəbəkələrdə yardıma çağıran postlarla üzləşirik və bu şəkillərlə mən günahsız, özləri üçün yardım istəmək imkanı olmayan insanlara yardıma çağırıram.

Çoxları düşünür ki, evtanaziya və abort fərqli terminlərdir. Bəli, bu tibbi baxımdan elədir ki var, amma biz layihəyə ad axtaranda bu iki terminin tibbi baxımdan deyil, məntiqi baxımdan oxşarlığının olmasını nəzərə aldıq. Buna görədə bu layihənin adını sırf “Evtanaziya” qoyduq”.

LuxLife.Az

{gallery}eftanaziya{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol