ATV-dən direktorun ölümü ilə bağlı açıqlama

ATV telekanalı 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

“LuxLife”-ın məlumatına görə, açıqlamada bildirilib ki, direktorun ölüm xəbəri onları kədərləndirib:

“Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına baş sağlığı verir, səbr diləyirik.

Ünvanımıza yönəldilən ittihamı isə kökündən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbrlə qarşıayırıq. Bəli, 05.01.2017-ci il tarixində sözü gedən məktəbdə çəkiliş aparmışıq. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza xeyli sayda şər və böhtanlar, yalanlar yönəldilib. Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib.

MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib. Məlum verilişin cəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz- söhbətin, dedi-qodunun tərəfində deyilik və qətiyyən də olmaq istəmirik”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol