Keçmiş sevgilisi Ardanı sildi

Futbolçu Arda Turanla yaşadığı münasibətləri ilə gündəmə gələn Aslıhan Doğan ayrıldıqdan sonra eks-sevgilisinə aid döyməsini sildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qoluna futbolçunun doğum tarixini yazdıran Aslıhan həmin döyməni sildirməsi barədə sosial şəbəkə hesabında canlı yayım edərkən deyib. O, həmçinin izləyicilərinə məsləhət də verib:

“Ana olmaq istəyirəm, amma bunun üçün əvvəlcə ailə qurmaq lazımdır. Döymə etdirərkən yaxşı fikirləşin, tez qərar verməyin. Çünki sildirəndə əziyyət çəkəcəksiniz”.

O, bununla A.Turanı həyatından tamamilə sildiyini göstərib.

Qeyd edək ki, 2014-cü ildən bəri münasibətdə olan cütlük yaxın zamanlarda ayrılıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol