Nokia-nın Android ilə çalışan telefonu təqdim olundu

Nokia C1 Android smartfonunun 5.0 LollyPop android əməliyyat sistemi ilə çalışacaq.

“LuxLife” xəbər verir ki, Android əməliyyat sistemli Nokia C1 modelina aid olan telefon əvvəlkilərdən fərqli formada dizayn edilib. On, arxa və yan rəngləri fərqli olan telefonun arxa hissəsində dairəyə alınmış kamera bölgəsi isə dizaynı tamamlayıb.

Telefonun arxa hissəsində 12 MP və 16 MP olmaqla, iki ədəd kamera, qarşısında isə 5 MP olan kamerası var.

USB Type-C girişi ilə təmin ediləcək Nokia C1 modelində, Snapdragon 830 işlədici, 4 geqabayt DDR; RAM, Android 7.1.1 əməliyyat sistemi, 32 QB/64QB/128 QB daxili yaddaş seçimləri, 3210 mAh batereya kimi texniki xüsusiyyətləri var.

Nokia C1 modelinin 2017-ci ilin ilk rübündə bazara çıxarılması gözlənilir.

Telefon İPS texnologiyalı LCD-ə malik 5 düymlük toxunma ekrana malikdir. Nokia C1 Android telefonu GSM Netkwork, EDGE, GPRS, GPS, Bluetooth-u dəstəkləyir. Telefon eyni zamanda Google Play, Facebook, Google+, twitter, HTML, radio, Microsoft Office sənəd oxuma və redaktə, SMS, MMS, Email proqrmalarına malikdir.

Telefonun açıq yaşıl, narıncı, firuzəyi, sarı, qara və ağ modelləri var.

ABŞ-da Nokia C1 Android telefonlarının qiyməti yerli bazarda gündəlik tələblərə əsasən yenilənir. Bununla belə qiymətlərlə bağlı dəqiq informasiya yoxdur. Bu məhsul adətən zəmanət olmadan verilir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol