Günün ulduz falı: 29 dekabr

“LuxLife” 29 dekabr tarixi üçün günün ulduz falını təqdim edir.

Qoç – mühüm informasiya və planınızı kimsə ilə bölüşməməyə çalışın. Nəzərdə tutduğunuz yenilikliklərdə dostlar mühüm rol oynayır.

Buğa – yaşam tempini bir qədər aşağı salın, yaxın insanlarla münaqişə vəziyyəti yaratmayın. Emosiyalarınıza hakim olun. Ola bilər ki, kimsə sizə olan şəxsi rəğbət və ya sayğısına görə kömək etsin, gələcəkdə uğur vəd edən mövzunu qaytarsın.

Əkizlər – günün ilk yarısında başladığınız işi hissiyatınıza inanaraq yarımçıq saxlamayın. Tələsməyin, həmsöhbətinizə fikrini söyləməyə imkan verin, ətrafda baş verənləri diqqətlə müşahidə edin.

Xərçəng – yaşananların məğzi və məzmunu sizə əyan ola bilər. Görüş, danışıqlar, yazışma, müzakirələr üçün əlverişli gündür. Qüvvə və enerjinizin artmasını hiss etsəniz, yaranan yeni imkandan faydalanmağa tələsin.

Şir – rəqabət qızışa bilər. Mövqenizin səbatlı olması üçün lazımi informasiyanı arayın.
Axşam saatlarında görüş istisna deyil. Lakin planlaşdırdığınız işlə məşğul olun.

Qız – sizi çox iş gözləyir. İndi hətta axınla üzmək belə, ciddi səylər tələb edir. Yeniliklərlə xəbərlərə tez reakisya verin, diqqəti daha mühüm məsələlərə yönəltməyi bacarın.

Tərəzi – yaxın ətrafınızdakı insanlar daha tələbkar olurlar. Onların diqqəti və gözləntiləri sizi bir qədər usandıra bilər. Yeniliklər, macəralar, maraqlar, təəssüratlar və sizi dəstəkləyən insanların gözləntisindəsiniz.

Əqrəb – arxa planda qalsanız, yaxşı olardı. Yardın edin, qayğıkeş olun, eqoizminizi üstələyin və sizə yaxın olan insan barədə düşünməyə çalışın.

Oxatan – işdə rəhbərlik, evdə valideynlərin iradlarını sakit dinləyin. Son xəbərlər, təkliflər və ideyaları dəyərləndirin. Yeniliklər və islahatlara tələsməyə dəyməz. Bir qədər əvvəl başladığınız işlərin xırdalıq və incəliklərinə fikir verərək rutin işlər görün.

Oğlaq – fiziki təmrinlər izafi gərginlikdən qurtulmağa yardım edər. Axşam saatlarında sakit, rahat bir ortamda xoş ünsiyyətdə olun.

Dolça – bu gün ciddi dəyişikliklər yaşana bilər. Xüsusilə də iş yoldaşı və ya tərəfdaşla münasibətlərdə gərginlik istisna deyil. Enerjiniz çoxdur, aktivsiniz, bəzi suallara cavab tapmısınız, ideyalarınız var. Fəqət sizinlə razı olmayan insanlar var.

Balıqlar – rəqiblər isə sizə mümkün qədər ağır zərbə vurmağa çalışacaqlar. Qarşınıza qoyduğunuz məqsədə uyğun olaraq hərəkət edin. Detal, xırdalıq və təfərrüatları diqqətlə yoxlayın.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol