Bakıya yenə qar yağacaq

Bakı və Abşeron yarımadasında yanvarın 31-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 31-i, fevralın 1-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

Yanvarın 31-dən fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 2-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol