Aşıq Namiqin “Ayla”sı – VİDEO

Aşıq Namiq Fərhadoğlu yeni mahnısını təqdim edib.

“LuxLife” xəbər verir ki, aşıq “Ayla” adlı bəstə haqda fikirlərini bölüşüb: “Yaradıcılığım üzərində daim çalışıram. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm. Düşünürəm ki, aşıq sənətini təbliğ etmək mənim borcumdur. Bu gün isə “Ayla” adlı yeni mahnımı dinləyicilərin ixtiyarına verdim. Bu mahnını Aylanın timsalında bütün balalara həsr edirəm. İnanıram ki, mahnı sevənlərim tərəfindən bəyəniləcək”

Qeyd edək ki, mahnının söz və musiqisi Alim Gəncəliyə məxsusdur. Bəstəni Ruslan Səfəroğlu aranjeman edib.

LuxLife.Az

{youtube}N0fiNicMipc{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol