“Qafqaz Hotel”də iyrənc görüntü – FOTO

Azərbaycanda oteldə xoşagəlməz baş verib.

Teymur Əhmədov adlı vətəndaş Qəbələdə “Qafqaz Riverside Hotel”də gecələmək qərarına gəlib.

Əşyalarını nömrəsinə yerləşdirən şəxs hamam otağına keçəndə xoşagəlməz vəziyyətlə qarşılaşıb.

“Sifariş etdiyimiz nömrəyə daxil olanda gördük ki, pəncərələr açıqdır. Otağı 4-5 saat qızdırmalı olduq. Ancaq sonradan pis qoxu gəldiyini hiss elədim. Hamam otağına keçib gördüm ki, divarda nəsə var. Birinci elə başa düşdüm ki, ləkədir. Dəsmal götürüb ləkəni siləndə anladım ki, bu insan nəcisidir. Otelin menecerini çağırıb bu barədə məlumat verdim. Dedilər ki, pəncərəni məhz ona görə açıq qoymuşuq. Mənə pəncərəni bağlamağı və beləliklə otağın qızacağını bildirdilər. Daha sonra xadimə gəlib otağı təmizləməyə başladı. Soruşdum ki, otaqdan niyə belə pis iy gəlir? Mənə dedi ki, ərəblər otaqda siqaret çəkib. Dedim bəs bu nədir? Bu sualıma da eynilə “ərəblər edib” deyə cavab verdi. Bu cür vəziyyətlə qarşılaşdım və sonda məndən 94 AZN ödəniş tələb etdilər”.

LuxLife.Az

1485773500 1485681164 16402013 1251617938260633 1963098166 n

1485773571 1485681175 16359016 1251617888260638 522508512 n

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol