Qış fəslində üz dərisinə qulluq

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir.

“LuxLife” bildirir ki, qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində “qoruyucu” və “qış üçün” qeydləri olur. Bundan əlavə, kosmetik vasitənin məhz hansı dəri tipi üçün nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidirlər. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol