Gümrah olmaq üçün günə necə başlamalı?

Səhərlər özünüzü yorğun, əzgin və enerjisiz hiss edirsiniz? Əslində, dünyada bir çox insan bu problemlə üzləşir.

Səhərləri yorğun oyanmağın və özünü gün ərzində həvəssiz, halsız hiss etməyin bir sıra səbəbi ola bilər. Səbəbdən asılı olmayaraq, bu problemdən yaxa qurtarmağın kiçik və sadə üsulları var.

“LuxLife” sizə günə gümrah başlamaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

Səhər

1.Səhər zəngini eşidən kimi ayağa qalxmaq lazımdır:

Yuxunun ən şirin yerindəykən anidən çalan saat heç kəsin xoşuna gəlmir, ancaq nə olursa olsun, saat çaldığı an oyanmağa çalışmalısınız. Zəngə baxmayaraq “5 dəqiqə də yatım, sonra duraram”, – deyə düşünmək ən pis vərdişlərdən biridir. Çünki bu vərdiş yuxudan oyanmaq prosesini çətinləşdirir və günə pis əhval-ruhiyyədə başlamağa səbəb olur.

2. Oyanan kimi su için:

Gün ərzində həzm sisteminin yaxşı işləməsi üçün də səhərlər su içmək çox böyük əhəmiyyət kəsb edir. Su içmək yuxuya getmiş əzələlərin oyanmasını təmin edəcək və özünüzü daha gümrah hiss etməyinizə səbəb olacaq.

3. Səhərlər sağlamlıq üçün faydalı qidalar yemək məsləhətdir:

Səhər yeməyi çox vacib məqamdır. Odur ki, zülal və vitaminlərlə zəngin səhər yeməyi sizi günə ən yaxşı şəkildə hazırlayacaq.

4. Səhərlər idmanla məşğul olmağı unutmayın:

Təbii ki, söhbət ağır idman hərəkətlərindən getmir. Yüngül hərəkətlər, 15 dəqiqəlik idman yerişi həm kalori xərcləyib, həm də enerjili hiss etməyinizi təmin edəcək.

Günortadan sonra

1.Təmiz hava almağa çalışın:

Masa başında oturub komputerə baxmaq bir müddət sonra sizi miskinləşdirəcək. Ona görə də günortadan sonra heç olmasa 1 saat təmiz havada gəzməlisiniz.

2. Yaşıl çay için:

Yaşıl çay içmək stressi atıb, rahatlaşmağınızı ən qısa zamanda təmin etməyə qadirdir.

3. Səliqəli mühit yaradın:

Əgər iş masanızın üstü dağınıqdırsa və ya evdə səliqəsizlik hökm sürürsə, özünüzü yorğun hiss etmək ehtimalınız daha böyükdür. Odur ki, 5 dəqiqə vaxt ayırıb ətrafda səliqə yaradın.

Axşam yeməyindən sonra

1.Spirtli içki içməməyə çalışın:

Spirtli içki ümumilikdə orqanizmə zərərli olmaqla yanaşı, yuxu rejiminə də mənfi təsir edir. Gecələr spirtli içki içirsənsə, təəssüf ki, səhər özünü gümrah hiss edə bilməzsən.

2. Texnologiyadan uzaq olun.

Bütün gün telefon və ya komputerlə məşğul olmaq həm stressə səbəb olur, həm də yorğunluğa.

Ona görə də, heç olmasa, axşamlar, gecə yatmazdan əvvəl texnologiyadan uzaq olmağa çalışın. Ailə üzvlərinizlə söhbətləşib kitab oxumaq ən yaxşı məşğuliyyətdir.

3. Gecə vaxtında yatmağa çalışın.

Sonda isə, ən vacib məqam olan yuxu rejiminə diqqət etməl lazımdır. Sağlam olmağın ən birinci qaydası yaxşı yuxudur. Gün ərzində gümrah olmaq üçün gecələr tez yatın.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol