İranlı rejissor Londonun süqutunu çəkdi – VİDEO

İnternetdə iran əsilli rejissor Babək Nəcəfinin “Olimpin süqutu” döyüş filminin sikvelinin treyleri yerləşdirilib.

“Londonun süqutu” adlanan filmin süjeti Böyük Britaniya baş nazirinin dəfni zamanı Londona hücum ətrafında cərəyan edir. Süjetə görə, baş nazir müəmmalı şəkildə ölür. Dəfn mərasiminə dünya liderləri yığışır, ancaq hadisələr sui-qəsdə çevrilir. Bunu isə ancaq ABŞ prezidenti Bencamin Eşer, onun mühafizə xidmətinin başçısı Mayk Benninq və Mİ-6 agenti dayandıra bilər. Filmdə əsas rolları Cerard Batler, Morqan Friman və Aaron Ekhart ifa edirlər. “Londonun süqutu” 2016-cı il mart ayında prokata çıxacaq.

LuxLife.Az

{youtube}3AsOdX7NcJs{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol