Bu yollarda sürət həddi endirildi

Bakıda müşahidə edilən hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda əsas magistral yolda – Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.

LuxLife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol