“PAŞA Sığorta” Ağsu şəhərində yeni nümayəndəliyinin açılışını keçirib

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən “PAŞA Sığorta” şirkəti aprelin 4-ü Ağsu şəhərində yeni nümayəndəliyini müştərilərin xidmətinə verib.

Təntənəli açılış mərasimində “PAŞA Sığorta” ASC-nin idarə heyəti sədrinin birinci müavini, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak ediblər.
Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Ağsu şəhəri, Nizami küçəsi 5 ünvanında fəaliyyət göstərəcək.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi “PAŞA Sığorta” şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

LuxLife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol