“Samsung” Galaxy S9-un hazırlanmasına start verdi

Galaxy S8 və Galaxy S8+ smartfonlarının təqdimatından çox az müddət keçib.

Sözügedən smartfonlar hələ rəsmi olaraq satışa belə çıxmayıblar. Lakin Cənubi Koreyanın bir sıra KİV-lərinin verdikləri məlumatlara görə “Samsung” şirkəti artıq yeni model olacaqGalaxy S9-un yaradılması üzrə işlərə start verib. Məlumata əsasən Galaxy S9-un ekran panelləri üzərində işlər keçən aydan bəri gedir. Əgər bu məlumat düzdürsə, onda şirkət yeni smartfonun hazırlanmasına yarım il tez başlayıb. Hal-hazırda şirkətin əsas şöbəsi, yeni smartfonda olacaq vacib elementlər üzərində çalışır. Əsasən diqqət, əkrana yönəldilib. Məlumata əsasən Galaxy S9-da ekran, ön paneldə daha böyük hissəni əhatə edəcək. İlkOLED ekran nümunələrinin nəzərdən keçirilməsi isə bu ayın ortalarına planlaşdırılıb. Təqribi olaraq bir ay sonra şirkət, Galaxy S9-da olacaq digər elementlərin istehsalına da start verəcək. Bəzi məlumatlara əsasən yeni modelin hazırlanmasına bu qədər tez start verilməsində əsas səbəb, keçən il Note 7 ilə baş vermiş uğursuzluq ucbatından yeni modellərin keyfiyyətlərinin daha dəqiq şəkildə yoxlanılmasıdır. Galaxy S9-da ola biləcək texniki göstəricilər barəsində danışmaq hələ çox tezdir. Lakin istehsalçı çətin ki, bu seriyanın konsepsiyasından vaz keçsin və çox güman ki, Galaxy S9 da çərçivəsiz ekrana sahib olacaq.

LuxLife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol