Bakıda “Şopinq Festival” başladı – FOTOSESSİYA

Aprelin 10-da İçərişəhərdə yerləşən Qoşa qala qapısında Bakı Şopinq Festivalına həsr olunmuş şou-proqram təşkil edilib.

“LuxLife”-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov bildirib ki, Bakı Şopinq Festivalı çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq:

“Bir ay müddətində şou-proqramlarla yanaşı, müxtəlif satış-yarmarkalı da təşkil ediləcək. Bundan başqa Sabir bağında Milli Turizm Təbliğat Bürosu tərəfindən cümə və şənbə günləri belə tədbirlərin təşkili planlaşdırılır. Proqramdan da gördüyünüz kimi, festival özünəxas yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirəcək festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq.
Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində yenilik olacaq. İlk festivalımız bir ay davam edəcək və mayın 10-da yekun vurulacaq. Bakı Şopinq Festivalı bakılıları və paytaxtımızın qonaqlarını festivalın faydasından bəhrələnmək üçün tədbirlərimizə fəal qoşulmaqla, bu tarixi hadisəni birlikdə yaşamaq və təqdim ediləcək maraqlı sürprizlərin canlı şahidi olmaq üçün İçərişəhərə dəvət edir”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Konqreslər Bürosu və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən konsert respublikanın bir sıra tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutub.

DJ İlham Əmirovun müşayiəti ilə reallaşan şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” nsamblı, müğənnilər Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər maraqla qarşılanıb.

LuxLife.Az

{gallery}baku{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol