Beynəlxalq aeroporta Ronaldonun adı verildi

Portuqaliyanın Madeyra şəhərinin hava limanına bu ölkənin futbol üzrə milli komandasının kapitanı Kriştiano Ronaldonun adı verilib.

Mərasim ötən gün Portuqaliya yığması və “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunun doğma şəhərində baş tutub. Ronaldu öz nitqində bildirib ki, öz kökləri, doğma Portuqaliyası və Madeyra ilə qürur duyur. Şəhərdə Ronaldunun bürünc heykəli, eləcə də CR7 brendi altında çalışan otel və muzey var.

Ronaldu hava limanının şərəfinə adlandırıldığı ilk futbolçu deyil. Bundan öncə Belfastdakı aeroport “Mançester Yunayted”in əfsanəvi futbolçusu, irlandiyalı Corc Bestin şərəfinə adlandırılıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol