İdeal şopinq üçün nəyə görə Bakı?

Bakıya gəldikdə ilk gördüyün tarixlə müasirliyin inanılmaz vəhdəti olur: burada göydələnlər X əsrin evləri ilə, nəhəng ticarət mərkəzləri yerli dükanlarla, kababxanalar isə dəbdəbəli restoranlarla qonşudur.

Azərbaycan paytaxtına gəlmək üçün səbəb çoxdur. Burada həm istirahət üçün gözəl hava və təbiət, həm görməli yerlər, həm dadlı yemək və şərablar, və əlbəttə ki, şopinq imkanları var. Bəli-bəli, təəccüblənməyin. Son bir neçə ildə Bakı ikinci Dubaya çevrilib. Bəzi istisnalarla – Azərbaycan paytaxtında qiymətlər dəfələrlə aşağıdır və Əmirliklərdən fərqli olaraq, Bakı çox dünyəvi şəhərdir. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, qadınlar öz gözəlliklərini gizlətmir və dəblə geyməyi, xüsusilə zinət əşyalarını çox xoşlayır. Yeri gəlmişkən, buradakı Mərkəzi Univermaqda məhz belə mallar çoxdur.

Tam ciddi sözümüzdür. Siz lüks brend həvəskarısınız? Elə isə Bakıya yollanın. Çeşid o qədər çoxdur ki, istənilən büdcəyə sahib alıcı burada öz ürəyincə nəsə tapa bilər. “Nəsə qeyri-adi bir şey” həvəskarları isə arzuladıqlarını şou-rumlarda və ya yerli dizaynerlərin pop-ap mağazalarında tapacaq.

Bakını hələ də postsovet şəhəri sayanlar dəhşətli səhvə yol verir. Neft hasilatı sayəsində varlanmış bu şəhər tanınmayacaq dərəcədə dəyişib. Elə isə eyni təmtərağı yerli koloritlə birgə görmək istəyənlər nə üçün Bakını qoyub artıq “ayaqaltı”na çevrilmiş Dübaya getməlidir? Yeri gəlmişkən, buraya gəlmək üçün viza tələb olunmur.

Xüsusən yaxın günlərdə Azərbaycan paytaxtına yollanmaq üçün gözəl (hətta deyərdik ki, ideal) bir səbəb var. Məsələ ondadır ki, aprelin 10-dan mayın 10-dək Bakıda şopinq festivalı keçirilir. Onu Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi yanında Konqresslər Bürosu təşkil edir. Tədbirin keçirilmə məqsədi sadə və aydındır – Bakıda alış-verişin bütün üstünlüklərini nümaiş etdirmək. Bu üstünlüklər isə, inanın ki, çoxdur.

Beləliklə, şopinq həvəskarlarını ən çox sevindirən 30%-dən 70%-dək endirimlər olacaq. Özü də bu endirimlər festivalda iştirak edən bütün mağaza və butiklərdə ediləcək. 100 manatdan (3500 rubla yaxın) artıq alış-veriş edənlərə veriləcək Tax-Free (məbləğin 13-15%-nin geri qaytarılması) isə xoş bir bonus olacaq.

Başqa bir sürpriz, müxtəlif əyləncəli proqramlar, tanınmış artistlərin, məsələn Vera Brejnevanın çıxışı və ya rəqs edən milyonçu Canluka Vakkidən dicey-set, qastronomik yarmarka, mükafat və lotereya uduşları olacaq.

Əgər siz artıq Bakı Şopinq Festivalına yollanmaq həvəsinə düşmüsünüzsə (və biz inanırıq ki, artıq bu həvəsə düşmüsünüz), lakin səfər planı tutmağa vaxtınız yoxdursa, festivalın rəsmi saytında sizə uçuş, yaşayış və müxtəlif əlavə xidmətlərdən ibarət tur seçməyə yardımçı olacaqlar. İmkan və istəklərinizdən asılı olaraq, seçiminizə 3 növ tur təqdim olunur – ekonom, standart və VIP. Yeri gəlmişkən, sonuncu tura festival çərçivəsində keçiriləcək endirimli qapalı satış və tədbirlər daxildir.

Əla şopinq üçün hara getməli?

Bütün lüks həvəskarları yollarını birbaşa Port Baku Mall və Neftçilər prospektindən salsa yaxşıdır – ən tanınmış dizaynerlərin butikləri məhz burada yerləşir. Port Baku Mall-da ayrı-ayrı brendlərə məxsus mağazalarla yanaşı, “Emporium” pərakəndə ticarət mərkəzi (bizim “Stokmann”ın analoqu) də var. Burada “My Dear Petra” alt paltarlarından tutmuş, “Zuhair Murad” gəlinliklərinədək, “Manolo Blahnik” ayaqqabılarından tutmuş, “Dolce&Gabanna” çantalarınadək, kosmetikadan tutmuş, ev əşyalarınadək hər şey tapmaq mümkündür. Port Bakuda mass-market də var. Lakin nisbətən daha demokratik markalar üçün digər ticarət mərkəzlərinə, məsələn, Metropark, 28 Mall və ya Park Bulvara getməniz məsləhətdir.

O ki qaldı yerli dizaynerlərin şou-rumlarına, onlar da şəhərin mərkəzində yerləşir. Burada Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrin markaları təqdim olunur. Üstəlik, əgər sizə suvenirlər, trikotaj və milli geyim lazımdırsa, düz şəhərin mərkəzində yerləşən “Torqovı” (Nizami) küçəsinə yollana bilərsiniz.

Bakıda yemək və əyləncə

Əgər Bakıya səfər etməyi düşünürsünüzsə, hazır olun: yerli yeməklərin dadından doya bilməyəcəksiniz. Şəhərdə ənənəvi yerli mətbəx, eləcə də dünya mətbəxinin yeməklərini tədqim edən restoranlar çoxdur. Lakin Azərbaycan paytaxtına gəlib suşi, pizza və ya pasta yemək sadəcə, mənasızdır.

Bakının tarixi mərkəzində gəzişərkən mütləq Karvansaraya baş çəkin. XV əsrə aid bu orijinal tikili vaxtilə tacirlərin dayanacaq yeri olub. İndi, həmin özünəməxsus nömrələrdə nəhəng masa, xalça və sobaların olduğu restoran zalları fəaliyyət göstərir. Müasir restoranlara üstünlük verənlər dəniz kənarına enib, zövqlərinə uyğun yer seçə bilər. İstənilən restoranda yeməklər çox dadlıdır, interyer zamanla ayaqlaşır, mənzərə isə adamı valeh edir.

Maraqlı yerlərə və əyləncəyə gəldikdə isə, siz həm şəhər mərkəzində, həm də ətrafda belə yerlər tapa bilərsiniz. Yeri gəlmişkən, turu Bakı Şopinq Festivalının saytından almağın daha bir üstünlüyü ondan ibarətdir ki, burada siz istədiyiniz ekskursiyaları seçə və elə buradaca sifariş verə bilərsiniz. Məsələn, çox sayda attraksionların fəaliyyət göstərdiyi “MegaFun” əyləncə mərkəzinə gedə və ya Dənizkənarı Milli Parkda gəzişə, Xəzər dənizinin düz sahilində quraşdırılmış “Şeytan çarxı”na minə bilərsiniz. Tarixi sevənlər isə tərəddüd etmədən atəşpərəstlərin məbədi olan Aətgaha yollana, yaxud sadəcə, Bakının mərkəzində yerləşən Şirvanşahlar sarayına qədər piyada gəzişə bilər.

Şəhərin əsas görməli yerlərindən biri də Heydər Əliyev Mərkəzidir. Bu Mərkəzin binası tanınmış memar Zaha Hadidin layihəsi əsasında inşa edilib.

Yəqin artıq anladınız ki, Azərbaycan paytaxtına səfər etmək üçün səbəb kifayət qədərdir. Elə isə Bakı sizi gözləyir! Bəs siz nəyi gözləyirsiniz?

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol