10 yaşlı qızı zorladı, nənə və babasını öldürdü, özünü atdı

10 yaşlı qızı vəhşicəsinə, dəfələrlə zorlayandan sonra bu uşağı öldürən, sakitləşməyib məsum qurbanını nənəsi ilə babasını da qətlə yetirən, sonucda da evə od vuran manyakı polis tutmuşdu.

O, məhkəmə binasında prosesə aparılanda özünü 4-cü mərtəbədən aşağı atıb.

Luxlife.az Youngstown Vindicator-a istinadən bildirir ki, olay ABŞ-ın Ohayo ştatındakı Yanqstaun şəhərində, Maşoninq Bölgə Məhkəməsinin binasında yaşanıb.

48 yaşlı Robert Siman 2015-ci ilimn martında 10 yaşlı Korrin Qampı döyüb, sonra da qıza dəfələrlə təcavüz edib. Sonra qızı öldürən Siman evin ikinci mərtəbəsinə qalxaraq Korinin babası, 63 yaşlı Uilyam Şmidti və nənəsini, 61 yaşlı Cudit Şmidti xüsusi amansızlıqla qətlə yetirib.

Evi tərk edəndə Robert Siman izi itirmək üçün binaya od vurub.

Güclü yanğın olub və sonradan olay yerini araşdıran polislər balaca Korinin cəsədini evin önündəki pilləkənin altında tapıblar. Robert Siman qurbanını çuxura atandan sonra onun üstünü mərmər lövhə ilə örtmüşdü.

Dünən R.Simanın məhkəmə prosesi başlanıb.

Zala aparılan manyakı iki polis zabiti müşayiət edirdi. 4-cü mərtəbədə olan R.Siman qəflətən məhəccərə tərəf qaçaraq özünü aşağı atıb.

Mehoninq dairəsinin şerifi Ceri Qrinin dediyinə görə, kamerada əynindəki narıncı məhbus kombinezonunu köynəklə şalvara dəyişən R.Siman normal davranıb və onun intihar etmək niyyətinə düşməsindən polislər duyuq düşməyiblər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol