Diş məcunu və saqqız xərçəng xəstəliyi yarada bilər – Alimlərdən iddia

Fransa və Lüksemburq qastroenteroloqları diş məcunları və saqqızların tərkibində də olan E171 qida boyasının (dioksid titan) təhlükəli olduğunu bildirirlər.

Elmi araşdırma “Scientific Reports” jurnalında dərc olunub.

Alimlərin qənaətincə, dioksid titan xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

Qeyd edək ki, E171 birləşməsi qidada ağardıcı qismində istifadə olunur.

Bu boyaya əsasən şirniyyat, peçenye, saqqız, həmçinin diş məcunları və Günəş şüalarından qoruyan kremlərdə rast gəlmək olar.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol