Nə istədiyini yaxşı bilən RÖYA

Bu yaxınlarda Türkiyədə 5-ci sinqlını təqdim edən əməkdar artist Röya Ayxan qardaş ölkənin mediasına müsahibə verib.

PrimeTime.Az estrada ulduzunun sözügedən müsahibəsini təqdim edir:

– “O Konu”nu Soner Sarıkabadayıyla duet oxudunuz. Bu layihə necə yarandı?

– Mənim Türkiyədə ilk çıxardığım sinql olan “Gönder” Soner Sarıkabadayının mahnısı idi. Yəni, başqa sözlə desək, yolun başından bəri birlikdə idik. 5-ci mahnımı yazmaqla yanaşı, mənimlə birlikdə səsləndirdi. Sonerlə yaxşı bir enerji uyğunluğumuz var. Sizin də qeyd etdiyiniz kimi, bu Türkiyədə çıxardığınız beşinci sinqldır.

– Məqsədlərinizə çata bilirsiniz?

– Bəli. “Gönder”, “Gemiciler”, ” Kesin Bilgi”, “Yolun Açık Olsun” və son olaraq “O Konu”. Sözün açığı, hədəflərimizdən dönmədiyimiz üçün çox xoşbəxtəm. Mən qarşıma hər yeni işimin əvvəlkindən yaxşı olmasını hədəf qoydum. Bir də hər dəfə daha çox insanla tanış olmaq. Hazırda buna nail ola bilirik.

– Hər zaman tanınmış adlarla əməkdaşlıq edirsiniz. Çalışdığınız adları nəyə görə təyin edirsiniz?

– Bir çox meyarım var. Mən bunu qəlbimlə əlaqələndirirəm. Ərsəyə gətirdikləri mahnı məndə, könlümdə yerini tapırsa, deməli mənim üçün hər şey tamamdır.

– Bəs iş prosesində fikir ayrılıqları olsa?

– Mən nə istədiyini yaxşı bilən qadınam. Digər tərəfdən fikirlərə çox əhəmiyyət verirəm. Bir fikir ayrılığı mənə görə, sağlam olaraq tək bir şəkildə həll oluna bilər. Yola gətirmək ya da razı olmaq. Ya mən qarşı tərəflə razılaşaram ya da o mənimlə. Uyğun və məntiqli olduğumu deyirlər.

– Albom haqda düşünürsünüz?

– Hazırda albom haqda fikirləşmirəm. Yeni mahnılarımızı kiçik fasilərlə sevənlərimə təqdim etməyi düşünürəm.

– Türkiyə musiqi sektorunu və sektordakı adları necə qiymətləndirirsiniz?

– Daim inkişaf edən, dinamik və ruhu olan bir sektor. Bu sahədə müxtəlif qabiliyyətlərə malik sənətçilər var. Çox yaxşı ifaçılıq və səs gücünə malik olmayan, amma çox yaxşı musiqiçilərlə çalışan və səsinə görə yaxşı mahnılar seçənlər var. Ya da əksinə, səsi və ifası çox yaxşı olan, amma buna çox güvəndikləri üçün səhv seçimlər edə bilən sənətkarlar var. Doğru iş uğuru gec-tez tutur.

– Siz kimlərə qulaq asır və bəyənirsiniz?

– Demək olar ki, hamısını dinləyirəm. Amma kimi dinləməkdən həzz aldığımı soruşsanız, Nilufər, Gülşən, Hande Yenər, Müslüm Gürses, Ebru Gündeş, Soner Sarıkabadayı, Tarkan və Funda Ararı sevə-sevə dinləyirəm. Tatlıses həsrətim isə böyükdür. Onu canlı dinləmək üçün səbirsizlənirəm.

– İki ayrı ölkədə iki karyera. Çətin olmur ki?

– Əslində asan deyil, amma bu mənim seçimimdir. Çətin olsa belə artıq bu yola çıxmışam. Belə çətinlik məni motivasiya edir. Çalışmaq mənim üçün bir müalicə növüdür.

– Digər tərəfdən də anasınız… 

– Digər tərəfdən demək doğru deyil. Bir qadın üçün əsl həyatın mərkəzi elə analıqdır. Bir işdəki Röya var, bir də evdəki Röya. Amma hər ikisi anadır.

– Sizcə Türkiyədəki karyeranızda hansı nöqtədəsiniz?

– 4 il əvvəl başladığım yerdən çox uzaqda, hədəfimdən isə çox geridəyəm. Hər gün öyrənməyə, inkişaf etməyə, işləməyə davam edirəm.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol