Mavi Briliant da satıldı – FOTO

Sotheby’s satış evinin Cenevrədə təşkil etdiyi hərracda “Blue Moon” (Mavi ay) brilyantı rekord qiymətə – 48,63 milyon dollara satılıb.

Brilyantın yeni sahibi adının açıqlanmasını istəməyib. Qiymətli daşın maksimal rəngə və təmizliyə malik olduğu bildirilir. 12,03 karatlıq brilyant öz kateqoriyasında dünyanın ən bahalı daşı olub. “Blue Moon” 2014-cü ilin yanvarında Cənubi Afrikanın mədənlərinin birində tapılan almazdan hazırlanıb.

Bir müddət əvvəl çəhrayı rəngli “Sweet Josephine” brilyantı Christie’s satış evinin Cenevrədəkı hərracında satılmışdı. Honkonqdan olan alıcı 16,08 karat ağırlığında olan qiymətli daş üçün 28,7 milyon İsveçrə frankı (28,5 milyon dollar) ödəmişdi.

Christie’s satış evinin məlumatına əsasən, ötən 250 il ərzində hərraca cəmi üç ədəd 10 karatdan iri, cilalanmış fantastik çəhrayı rəngli almaz çıxarılıb. 2013-cü ilin noyabr ayında İsveçrədəki Sotheby’s hərraclarında çəhrayı “Graff Pink” brilyantı 83 milyon dollara alıcı tapmışdı.

LuxLife.Az

“Mavi ay” brilyantı 48,63 milyon dollara satıldı

“Mavi ay” brilyantı 48,63 milyon dollara satıldı

“Mavi ay” brilyantı 48,63 milyon dollara satıldı

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol