7 nəfər otura bilər – Taksilərlə bağlı YENİLİK

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

Luxlife.az trend-ə istinadən xəbərinə görə, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin birindən əldə etdiyi məlumata görə, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: “İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol