Ayan üçün özəl gün: “Təkcə sevdiyim yanımda deyil”

Bu gün müğənni Ayan Babakişiyevanın ad günüdür.

“LuxLife”-ın məlumatına görə, sənətçinin 28 yaşı tamam olur.

Təəssüratlarını bölüşən ifaçı bildirib ki, ilk dəfədir Azərbaycandan kənarda ad günü olur:

“İlk təbriki kimdən aldığım önəmli deyil. Əsas odur ki, ən sevdiklərin səni yaddan çıxarmasın. Biləsən ki, ürəklərdəsən. İlk dəfədir vətənimdən uzaqda ad günüm olur. Amma ailəm yenə yanımdadır. Qızım Selena, anam, qardaşım Samir, xalam Pakizə məni tək qoymayıb. Təkcə sevdiyim yanımda deyil”.

Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olub. Peşəkar səhnəyə Elçin İmanovun “Sənin xatirinə” mahnısı ilə gəlib. Ayanın repertuarında Elçin İmanov, Kamal, Xanım İsmayılqızı, Aygün Bəylər, Faiq Sücəddinovun bəstələri üstünlük təşkil edib. Ayan ötən ildən Türkiyəyə köçüb və orada yaşayır.

Selena adında bir qızı var.

LuxLife.Az

{gallery}22565{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol