Xoşqədəmlə Doğuş süni mayalanma etdirəcək

Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş yenidən ata olmaq istədiyini deyib.

Luxlife.az-ın məlumatına görə, “Gecə kuşu” verilişinin qonağı olan sənətçi deyib ki, bu dəfə qızı doğulmasını istəyirlər:

“Bunu isə süni mayalanma ilə edəcəyik. Seçmə haqqımız var”.

Ailəsindən söz açan Doğuş həyat yoldaşı və əkizləri ilə gec-gec görüşdüklərini söyləyib:

“Həyatda yaşadıqlarıma görə, heç vaxt ata olmaq istəmirdim. Xəbəri eşidəndə ayaqlarım əsdi. İndi rahatam, mənə nəsə olsa, dağ kimi anaları var. Heç vaxt işlərimi geri plana atmaram. Buna görə də xanımımla və oğullarımla gec-gec görüşürəm. Hər gün canlı yayımda danışırıq. Amma uşaqların qoxusunu hiss etmək başqadır”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol