Ermənilərdən Eldar Qasımova qarşı təxribat – FOTO

“Eurovision” qalibi Eldar Qasımovun rəsmi instaqram səhifəsi ələ keçirilib.

“LuxLife” xəbər verir ki, erməni haker qrupu tərəfindən dağıdılan profildə Ermənistanla bağlı paylaşımlar edilib.

20 minlik səhifədə erməni terrorçu Monte Melkonyanın fotosu yayımlanıb, “Yaşasın Ermənistan” şərhi yazılıb.

“Qafqazinfo” mövzu ilə bağlı Qasımovla əlaqə saxlayıb.

Müğənni mövzu ilə bağlı hərəkətə keçdiyini qeyd edib:

“Tezliklə izləyicilərimlə görüşəcəm. Səhifəmin geri qaytarılması ilə bağlı işlər gedir”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol