Məşhur filmimiz ABŞ və Türkiyədə festivala dəvət aldı

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi iki festivala dəvət alıb.

Luxlife.az-ın məlumatına görə, bunlardan biri iyunun 30-dan iyulun 3-dək keçiriləcək “CayFilm” Kayman Adaları Beynəlxalq Film Festivalıdır. Film ABŞ-ın Kayman adalarında baş tutacaq festivalın əsas müsabiqə proqramına daxil edilib.

“Çölçü”, həmçinin Türkiyədə mayın 1-dən 9-dək keçiriləcək Alanya “Kristal kale” Beynəlxalq Film Festivalının da proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur…

Qeyd edək ki, indiyədək “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq kino festivalında iştirak edib, bir sıra mükafatlara layiq görülüb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol